Uşaqlıq idolunu məğlub edən Dreyperdən emosional açıqlama
İdman
12.03.2026 14:41
Cek Dreyper “Indian Wells Masters” turnirində Novak Cokovic üzərində qazandığı qələbəni şərh edib.
TodayPress TV xəbər verir ki, turnirin hazırki qalibi qarşılaşmanın çox gərgin keçdiyini bildirib:
“Bu, dəli bir matç idi. Düşünürəm ki, hər ikimiz bütün gücümüzü ortaya qoyduq. Mən oyuna bir qədər passiv başladım, amma sonra daha aqressiv oynamağa başladım və oyunun gedişatını nəzarətə götürdüm.
Hazırda Novakı məğlub etdiyimə görə hələ də təəccüb içindəyəm. Mən uşaqlıqdan onun oyunlarını izləyirdim, ona heyran idim və onu ideal kimi görürdüm. Hər şeyin belə alınmasına və yenidən korta çıxmaq imkanımın olmasına görə çox minnətdaram”.
Qeyd edək ki, dünya reytinqində 14-cü pillədə qərarlaşan britaniyalı tennisçi turnirin dördüncü mərhələsində serbiyalı rəqibini 4:6, 6:4, 7:6 (7:5) hesabı ilə məğlub edib.
Namiq HUN
tag: Cek Dreyper, “Indian Wells Masters”,Novak Cokovic,Qələbə,Todaypress.tv,
