“Uorriorz” üçün zərbə: Karri daha beş oyunu qaçıracaq

“Uorriorz” üçün zərbə: Karri daha beş oyunu qaçıracaq
12.03.2026 17:33 İdman

Dördqat NBA çempionu və “Qolden Steyt Uorriorz” klubunun oyun qurucusu Stefen Karri növbəti beş oyunu buraxacaq. 

TodayPress TV xəbər verir ki, bu barədə NBA insayderi Şems Çaraniya məlumat yayıb.

Onun sözlərinə görə, amerikalı basketbolçu dizindəki problemlərə görə daha 10 gün meydanlardan kənarda qalacaq. Bu isə Karrinin buraxacağı oyunların sayını daha beş qarşılaşma artıraraq ümumilikdə 20 oyuna çatdıracaq.

Bildirilib ki, Karri artıq meydançada məşqlərə başlayıb və yaxın günlərdə hazırlığın intensivliyini artırmağı planlaşdırır.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər