Uğurun sirri açıldı: Toto Volfdan maraqlı açıqlama

İdman

11.04.2026 11:04

“Mercedes” komandasının rəhbəri Toto Volf “Formula-1”də uğurun əsas açarından danışıb.

TodayPress TV xəbər verir ki, o, bu barədə “The Athletic” nəşrinə danışıb. 

T.Volf əsas məsələnin insan faktorunun önəmi ilə bağlı olduğunu bildirib:

“Öyrəndiyim ən vacib dərs nədir? Uğurun insanlardan asılı olduğunu anlamaq. Bizim sahədə tez-tez deyirlər ki, hər şey məlumat və elmdən asılıdır. Amma qərarları məlumatlar yox, insanlar verir. İnsanların isə emosiyaları, arzuları, ambisiyaları və qorxuları var.

Çox məşhur futbol menecerlərindən biri mənə oyunçuları necə seçdiyini danışmışdı. O deyirdi: “İnsanlar bunu bilmirlər, amma mən oyunçuları seçəndə onları şam yeməyinə dəvət edirəm və danışmaq istədiklərini hiss edirəm”. Bu yanaşma istənilən şirkət üçün keçərlidir.

Vacib olan yalnız özünü və amilləri düşünmək deyil. Özünə suallar verməlisən: Mənim komandam nə düşünür? Onların istəkləri və motivasiyası nədir? Ambisiyaları nələrdir? Və mən onlar üçün nə edə bilərəm? Ən vacibi isə bunu anlamaqdır”.

Namiq HUN

TodayPress TV

tag: “Mercedes” komandası,“Formula-1”, Toto Volf,Uğur ,Todaypress.tv,