UFC turniri qalmaqala səbəb oldu: Kovinqton narazıdır

İdman

12.03.2026 17:14

UFC tituluna üç dəfə namizəd olmuş amerikalı döyüşçü Kolbi Kovinqton təşkilatın Ağ ev ərazisində keçiriləcək turnirini sərt tənqid edib.

TodayPress TV xəbər verir ki, bu barədə MMA ”Junkie” nəşri məlumat yayıb. 

Bildirilib ki, Kovinqton iyunun 14-də Vaşinqtonda baş tutacaq yarışın döyüş kartından narazılıq edib. 

“Bu, sadəcə bərbaddır. Kart çox zəifdir. Onlara altı və ya yeddi titul döyüşü vəd olunmuşdu, amma indi cəmi bir titul döyüşü və son anda təşkil edilən müvəqqəti kəmər uğrunda qarşılaşma var.

Turnir tələsik şəkildə hazırlanıb və orada elit amerikalı döyüşçü yoxdur. ABŞ-nin 250 illiyini kim təmsil edəcək? Görünür, UFC üçün bunun fərqi yoxdur. Onlar Paramount ilə razılaşmadan böyük pul qazandılar və bundan razıdırlar”, – deyə Kolbi bildirib.

Namiq HUN

TodayPress TV

tag: UFC,Kolbi Kovinqton,Turnir,Tənqid,Todaypress.tv,