UFC tarixində rekord nokdaun
Abu-Dabidə keçirilən UFC turnirində rekord nokdaun qeydə alınıb.
TodayPress TV xəbər verir ki, amerikalı Stiv Nquen yerli qaydasız döyüşçü Mohammed Yahyanı 6 dəfə nokdaun edib.
ABC 9 çərçivəsində keçirilən döyüş Nquenin texniki nokautla qələbəsi ilə yekunlaşıb. Həkimlərin müdaxiləsindən sonra mübarizə başa çatıb.
6 nokdaun UFC tarixinin rekord göstəricisi olub.