UEFA Konfrans Liqası: Zirə qələbə qazandı - VİDEO

UEFA Konfrans Liqası: Zirə qələbə qazandı - VİDEO
08.07.2026 21:55 İdman

UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin "Zirə" - "Torpedo" (Gürcüstan) matçı bitib.

TodayPress TV xəbər verir ki, matç Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 3:0.

21:23

UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin "Zirə" - "Torpedo" (Gürcüstan) matçında üçüncü qol vurulub.

TodayPress TV xəbər verir ki, Azərbaycan təmsilçisi hesab arasındakı fərqi daha da artırıb - 3:0.

Ruan Renato 63-cü dəqiqədə penaltini dəqiq yerinə yetirib.

21:09

UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin "Zirə" - "Torpedo" (Gürcüstan) matçında ikinci qol vurulub.

TodayPress TV xəbər verir ki, Azərbaycan təmsilçisi hesab arasındakı fərqi artırıb - 2:0.

David Volkov 48-ci dəqiqədə fərqlənib.

20:35

UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin "Zirə" - "Torpedo" (Gürcüstan) matçında hesab açılıb.

TodayPress TV xəbər verir ki, Azərbaycan təmsilçisinin heyətində Ruan Renato fərqlənib.

Braziliyalı müdafiəçi 32-ci dəqiqədə adını tabloya yazdırıb.

20:00

UEFA Konfrans Liqasının I təsnifat mərhələsindəki "Zirə" - "Torpedo" (Gürcüstan) oyunu başlayıb.

TodayPress TV xəbər verir ki, qarşılaşma Sumqayıt şəhər stadionunda keçirilir.

Matçın baş hakimi finlandiyalı FIFA referisi Yuri Hüytiyadır.

Xatırladaq ki, tərəflər arasında cavab görüşü iyulun 16-da Gürcüstanda keçiriləcək.

XƏBƏR LENTİ
08 IYUL 2026
Bütün Xəbərlər