Çempionlar Liqası: "Sabah" darmadağınla tarixi uğura imza atır - YENİLƏNDİ - VİDEO

Çempionlar Liqası: "Sabah" darmadağınla tarixi uğura imza atır - YENİLƏNDİ - VİDEO
11.08.2026 22:00 İdman

"Sabah" UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Danimarka təmsilçisi "Orhus"a qalib gəlib.

TodayPress TV xəbər verir ki, Masazırdakı "Bank Respublika Arena"da keçirilən cavab matçında ev sahibləri 4:0 hesablı qələbəyə seviniblər.

Velko Simiç (59), Stiv Solvet (67), Coy-Lens Mikels (78) və Xander Severina (89) Bakı klubunun qələbə qollarını vurublar.

"Bayquşlar" ilk görüşdə 1:2 hesabı ilə məğlub olsa da, növbəti mərhələyə yüksəlməyi bacarıb.

Bununla da "Sabah" tarixində ilk dəfə UEFA Çempionlar Liqasının pley-off mərhəlısinə vəsiqə qazanıb.

Azərbaycan çempionu növbəti raundda "Hapoel" (İsrail, Beer-Şeva) - "Srvena Zvezda" (Serbiya) cütünün qalibi ilə qarşılaşacaq.

xxx

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Sabah" - "Orhus" (Danimarka) matçında dördüncü qol vurulub.

TodayPress TV xəbər verir ki, Masazırdakı "Bank Respublika Arena"da keçirilən ev sahibləri hesab arasındakı fərqi artırıblar - 4:0.

21:39

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Sabah" - "Orhus" (Danimarka) matçında üçüncü qol vurulub.

TodayPress TV xəbər verir ki, Masazırdakı "Bank Respublika Arena"da keçirilən ev sahibləri hesab arasındakı fərqi artırıblar - 3:0.

21:33

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Sabah" - "Orhus" (Danimarka) matçında ikinci qol vurulub.

TodayPress TV xəbər verir ki, Masazırdakı "Bank Respublika Arena"da keçirilən ev sahibləri hesab arasındakı fərqi artırıblar - 2:0.

67-ci dəqiqədə Stiv Solvet başla dəqiq oynayıb.

21:27

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Sabah" - "Orhus" (Danimarka) matçında birinci qol vurulub.

TodayPress TV xəbər verir ki, Masazırdakı "Bank Respublika Arena"da keçirilən ev sahibləri hesabı açıblar - 1:0.

58-ci dəqiqədə Velko Simiç fərqlənib.

20:08

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Sabah" - "Orhus" (Danimarka) matçı başlayıb.

TodayPress TV xəbər verir ki, qarşılaşma Masazırdakı "Bank Respublika Arena"da keçirilir.

Görüşü fransalı FIFA referisi Villi Delajo idarə edir.

Qeyd edək ki, komandalar arasında ilk matç Danimarka təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

XƏBƏR LENTİ
20 AVQUST 2026
Bütün Xəbərlər