Üç şahmatçımız Türküstanda qələbə ilə başladı

Üç şahmatçımız Türküstanda qələbə ilə başladı
21.11.2026 09:26 İdman

Azərbaycan şahmatçıları Qazaxıstanın Türküstan şəhərində keçirilən Türk Şahmat Assosiasiyasının çempionatına uğurla başlayıblar.

TodayPress TV xəbər verir ki, kişilərin yarışında Nicat Abasov ilk turda özbəkistanlı qrossmeyster Abdimalik Abdisalimova qalib gəlib.

Qadınların mübarizəsində Gövhər Beydullayeva türkiyəli Gülənay Aydını məğlub edib.

Veteranların turnirində çıxış edən Vüqar Bayramov da start görüşünü qələbə ilə tamamlayıb. Təmsilçimiz Cüneyt Mertdən üstün olub.

Kişilərin və qadınların yarışları iki dövrədən ibarət dairəvi sistemlə, 14 tur üzrə keçirilir. Çempionata noyabrın 28-də yekun vurulacaq.

TodayPress TV

XƏBƏR LENTİ
21 NOYABR 2026
Bütün Xəbərlər