Üç qızıl medal! Azərbaycan dünyanın ən güclü 10 komandası arasında

Üç qızıl medal! Azərbaycan dünyanın ən güclü 10 komandası arasında
10.11.2026 08:21 İdman

Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının onuncu yarış gününə yekun vurulub.

TodayPress TV xəbər verir ki, Azərbaycan komandası medal sıralamasında ilk “10-luq”da yer alır.

Ötən günlə müqayisədə üç pillə geriləyən millimiz 3 qızıl və 1 gümüş medalla 10-cu sırada qərarlaşıb.

Medal cədvəlinin ilk üç pilləsində dəyişiklik baş verməyib. Siyahıya 13 qızıl, 7 gümüş və 3 bürünc medal qazanan Çin komandası başçılıq edir. Yaponiya 9 qızıl, 6 gümüş və 5 bürünc medalla ikinci, Rusiya isə 6 qızıl və 4 gümüş medalla üçüncü yerdədir.

Aktivində 6 qızıl, 1 gümüş və 3 bürünc medal olan Misir komandası dördüncü pillədə qərarlaşıb. İlk beşliyi 4 qızıl və 1 gümüş medalla Keniya yığması tamamlayır.

Ümumilikdə Dakar-2026-da 75 ölkənin idmançıları medal qazanıb. Onlardan 43-ü ən azı bir qızıl medala sahib çıxıb.

Qeyd edək ki, Azərbaycan komandasına qızıl medalları cüdoçu İbrahim Talıbov (55 kq), eləcə də çimərlik güləşçiləri Tunar Quliyev (70 kq) və Elgün Kərimli (90 kq) qazandırıblar. Digər çimərlik güləşçimiz Nihad Süleymanlı (80 kq) isə Oyunların gümüş medalına sahib olub.

Dakar-2026 Yeniyetmələrin Yay Olimpiya Oyunlarına noyabrın 13-də yekun vurulacaq.

Namiq HUN

XƏBƏR LENTİ
20 NOYABR 2026
Bütün Xəbərlər