Uaylder – Çisora döyüşü öncəsi qalmaqallı açıqlama
İdman
12.03.2026 13:54
Keçmiş dünya çempionu, amerikalı ağır çəkili boksçu Deontey Uaylder britaniyalı Derek Çisora ilə qarşıdakı döyüşü barədə danışıb.
TodayPress TV xəbər verir ki, o, bu barədə “The Ring” nəşrinə açıqlama verib.
Uaylder bildirib ki, rinqdə dostluğa yer yoxdur:
“Hamı ilə mehriban ola bilərəm, amma bu o demək deyil ki, sizi məğlub etmək istəməyəcəyəm. Biz döyüşçüyük və bu sadəcə söz deyil. Rinqdən kənarda dost ola bilərik, amma döyüş vaxtı gələndə bunu bir kənara qoyuruq.
Mən ona dedim: ‘İstəyirəm ki, məni öldürməyə çalışasan. Başa düşürsən?’ O, mənə qəribə baxdı, amma mənə məhz belə bir motivasiya lazımdır. Mən qardaşımla da döyüşmüşəm və ona da eyni sözləri demişdim”.
Ağır çəkili boksçular Deontey Uaylderlə Derek Çisora arasında döyüş aprelin 4-də London şəhərində keçiriləcək.
Namiq HUN
tag: Deontey Uaylder,Derek Çisora,Boks,Açıqlama,Todaypress.tv,
