Transfer razılaşması: Robertson “Tottenhem” yolunda!

İdman

11.04.2026 15:24

“Tottenhem Hotspur” yay transfer pəncərəsi üçün Endryu Robertson ilə razılıq əldə edib.

TodayPress TV xəbər verir ki, insayder Fabrisio Romanonun məlumatına görə, tərəflər arasında şifahi razılaşma əldə olunub və şərtlər razılaşdırılıb.

Bildirilib ki, sənədlər hələ imzalanmayıb. Transferin reallaşması “Tottenhem Hotspur”un İngiltərə Premyer Liqasında qalmasından asılı olacaq.

Qeyd edək ki, Robertson 2026-cı ilin iyununda “Liverpul”dan ayrılacaq.

32 yaşlı müdafiəçi cari mövsümdə 31 oyunda 2 qol vurub və 2 məhsuldar ötürmə edib. “Transfermarkt” portalında onun bazar dəyəri 10 milyon avro qiymətləndirilir.

Namiq HUN

TodayPress TV

tag: Tottenhem Hotspur,Endryu Robertson,Transfer,Klub,Todaypress.tv,