"Tottenhem" Mateuş Fernandeşi heyətinə qatdı

"Tottenhem" Mateuş Fernandeşi heyətinə qatdı
02.07.2026 14:40 İdman

"Tottenhem" klubu İngiltərə Premyer Liqasının digər təmsilçisi "Vest Hem"dən Portuqaliya millisinin yarımmüdafiəçisi Mateuş Fernandeşi heyətinə qatıb.

TodayPress TV London təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 21 yaşlı futbolçu ilə müqavilə imzalanıb.

"Sportinq" klubunun akademiyasının yetirməsi 2025-ci ilin avqustunda "Vest Hem"ə transfer olunub. O, ötən mövsüm bu komandanın heyətində Premyer Liqada 36 oyuna çıxaraq 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, Portuqaliyanın U-18, U-19, U-20 və U-21 yığmalarında oynamış M.Fernandeş apreldə ABŞ-yə qarşı keçirilən yoldaşlıq görüşündə Portuqaliya millisində debüt edib.

TodayPress TV

XƏBƏR LENTİ
02 IYUL 2026
Bütün Xəbərlər