Tokio Olimpiadasının iştirakçısı karyerasını bitirdi
İdman gimnastikası üzrə Azərbaycan millisinin üzvü İvan Tixonov karyerasını başa vurub.
TodayPress TV AZƏRTAC-a istinadən xəbər verir ki, 30 yaşlı rusiyalı gimnast artıq vətəninə qayıdıb.
Xatırladaq ki, İvan Tixonov 2018-ci ildən Azərbaycan milli komandasının üzvü idi. O, 2019-cu ildə Ştutqartda keçirilən dünya çempionatında uğurlu çıxışı sayəsində Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanmışdı.
Namiq HUN