TFF Ali Koçu cərimələdi
Türkiyə Futbol Federasiyasının (TFF) Peşəkar Futbol İntizam Komitəsi (PFDK) “Fənərbağça” klubun sabiq prezidenti Ali Koçu cəzalandırıb.
TodayPress TV xəbər verir ki, PFDK-nın qərarına əsasən, Ali Koç futbola zərər verən açıqlamalarına görə 15 gün müddətinə futbol fəaliyyətindən kənarlaşdırılıb və 2 milyon türk lirəsi məbləğində cərimələnib.
“Fənərbağça” klubu isə “Alanyaspor”la matçdakı insidentlərə görə 620 min türk lirəsi məbləğində cərimələnib. İstanbul təmsilçisinin arenasının tribunalarına qismən bağlanma sanksiyası tətbiq olunub.
Namiq HUN