Taunsun dabl-dabli “Nyu-York Niks”ə qələbə qazandırdı

Taunsun dabl-dabli “Nyu-York Niks”ə qələbə qazandırdı
26.05.2025 09:34 İdman

ABŞ Milli Basketbol Assosiasiyasının (NBA) Şərq Konfransında keçirilən pley-off yarımfinal seriyasının üçüncü oyununda “Nyu-York Niks” səfərdə “İndiana Peysers”ə (106:100) qalib gəlməklə ümumi hesabdakı fərqi minimuma endirib 1:2.   

TodayPress TV xəbər verir ki, İndianapolis qarşılaşmasının mərkəzi fiquru “Nyu-York Niks”in mərkəz oyunçusu Karl-Entoni Tauns olub.   

O, 24 xal və 15 ribaundla dabl-dabl edərək komandasına önəmli töhfə verib. Onun komanda yoldaşı Ceylen Branson isə 23 xalla kifayətlənib.

“İndiana Peysers”in ən məhsuldar oyunçusu isə 20 xal toplayan Tayriz Halibörton olub.   

Namiq HUN

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər