Tarixi performans: Adebayo 83 xalla rekord qırdı!

İdman

11.03.2026 10:18

“Mayami Hit”in mərkəz oyunçusu Bem Adebayo ABŞ Milli Basketbol Assosiasiyasının (NBA) müntəzəm mövsümündə “Vaşinqton Uizards”a qarşı keçirilən ev oyununda 83 xal toplayaraq tarixi nəticəyə imza atıb.

TodayPress TV xəbər verir ki, amerikalı basketbolçu bununla XXI əsrin yeni rekordunu müəyyənləşdirib və NBA tarixində bir oyunda ən çox xal toplayan basketbolçular siyahısında ikinci pilləyə yüksəlib.

Qarşılaşma “Mayami Hit”in 150:129 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, NBA tarixində bir oyunda ən çox xal toplayan basketbolçu rekordu əfsanəvi Uilt Çemberlenə məxsusdur. O, 2 mart 1962-ci ildə 100 xal toplamağa nail olub.

Bundan əvvəl XXI əsrin rekord göstəricisi 2006-cı il yanvarın 22-də Kobi Brayantın topladığı 81 xal idi. NBA tarixində 75 xal həddini keçən digər nəticə isə yenə Uilt Çemberlenə məxsusdur – o, 8 dekabr 1961-ci ildə 78 xal toplayıb.

Namiq HUN

TodayPress TV

tag: Mayami Hit,Bem Adebayo,NBA,Rekord,Todaypress.tv,