Tarixi assist və qol: MakDevid–MakKinnon tandemi rekord qırdı

İdman

13.02.2026 09:35

Kanada millisinin hücumçusu Natan MakKinnon XXV Qış Olimpiya Oyunlarında Çexiya yığmasına qarşı keçirilən oyunda (5:0) Konor MakDevidin ötürməsindən sonra qol vuraraq turnirin diqqət çəkən epizodlarından birinə imza atıb. 

TodayPress TV xəbər verir ki, rəsmi NHL məlumatına görə, bu hadisə Olimpiya tarixində xüsusi rekord kimi qeydə alınıb.

Məlumata əsasən, NHL-də mövsümün olimpiya fasiləsi zamanı ən çox xal toplayan iki oyunçunun birlikdə təşkil etdiyi qol ilk dəfə qeydə alınıb. 

Hazırda bombardirlər yarışına liderlik edən MakDevid (96 xal) və MakKinnon (93 xal) Olimpiya səhnəsində də yüksək fərdi səviyyələrini nümayiş etdiriblər.

Qeyd edək ki, son 12 ildən sonra ilk dəfə NHL oyunçuları Olimpiya Oyunlarında iştirak edir. Bu isə turnirin rəqabət səviyyəsini və tamaşaçılar üçün marağını ciddi şəkildə yüksəldib. MakDevid, MakKinnon və Sidney Krosbi kimi superulduzların eyni komandada çıxış etməsi Kanadanın hücum potensialını maksimum səviyyəyə çatdırır.

Namiq HUN

TodayPress TV

tag: Natan MakKinnon,Konor MakDevid,NHL,Rekord,Todaypress.tv,