Spalletti qalır – “Yuventus” gələcəyini ona həvalə etdi

Spalletti qalır – “Yuventus” gələcəyini ona həvalə etdi
10.04.2026 17:16 İdman

İtaliyanın “Yuventus” klubunun baş məşqçisi Luçano Spalletti ilə müqavilə uzadılıb.

TodayPress TV xəbər verir ki, bu barədə klubun rəsmi açıqlamasında bildirilib. 

Turin təmsilçisi 67 yaşlı mütəxəssislə yeni sözləşməni 2028-ci ilə qədər qüvvədə saxlayacaq. 

Qeyd edək ki, Spalletti “Yuventus”a 30 oktyabr 2025-ci ildə baş məşqçi təyin olunub. Onun əvvəlki müqaviləsi 2025/2026 mövsümünün sonuna qədər nəzərdə tutulmuşdu. Yeni anlaşmaya əsasən, italiyalı mütəxəssisin illik maaşının təxminən 6 milyon avro olacağı bildirilir.

Hazırda “Yuventus” İtaliya A Seriyasında 31 turdan sonra 57 xalla beşinci pillədə qərarlaşıb. Turnir cədvəlinə isə eyni sayda oyundan 72 xal toplayan “İnter” klubu başçılıq edir.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər