Şok geri dönüşün qarşısı son anda alındı: Mourinyo səbəbini açıqladı

Şok geri dönüşün qarşısı son anda alındı: Mourinyo səbəbini açıqladı
16.09.2026 08:40 İdman

“Real Madrid”in baş məşqçisi Joze Mourinyo La Liqanın VI turunda “Elçe” üzərində qazanılan çətin qələbədən (3:2) sonra komandasının matç ərzində konsentrasiyanı itirməsindən danışıb.

TodayPress TV xəbər verir ki, o, bu barədə klubun rəsmi saytına açıqlama verib.

Portuqaliyalı mütəxəssis matçın asan keçəcəyini düşünərək arxayınlaşmağın yolverilməz olduğunu bildirib: 

“Bunun heç bir izahı yoxdur. Ağlıma gələn yeganə cavab odur ki, oyuna “asan matç” kimi baxılırdı. Matçı vaxtında bitirmirsiniz, üç, dörd və ya beşinci qolu vurmursunuz, sonra tempı aşağı salıb nəzarəti rəqibə verirsiniz. Bəlkə də yaratdığınız qol imkanlarının asanlığını yanlış qiymətləndirirsiniz. Meydandasınız, bir, iki, üç imkanınız olur və “bu çox asandır” deyə düşünə bilərsiniz. Amma asan deyil. Rəqib bir qol vurur və hər şey dəyişir”.

Xatırladaq ki, “Real Madrid” matçda 2:0 hesabı ilə önə keçsə də, üstünlüyü əldən verərək hesabın 2:2 olmasına imkan yaradıb və yalnız uzatma dəqiqələrində vurulan qolla (3:2) 3 xalı təmin edib.

La Liqada keçirdiyi 6 oyundan sonra 15 xal toplayan “Kral klubu” turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
16 SENTYABR 2026
Bütün Xəbərlər