Simonovun Avropa çempionatı medallarına əli çatmadı
Nikita Simonov Almaniyada keçirilən idman gimnastikası üzrə Avropa çempionatında 4-cü yeri tutub.
TodayPress TV xəbər verir ki, millinin lideri Leypsiq turnirində halqalarla yarışın finalında çıxış edib.
Simonovun müsiflərdən topladığı 14,333 xal dördüncü nəticəyə bəs edib.
Bu növdə qələbəni daha əvvəl çoxnövçülükdə qalib olmuş türkiyəli Adem Asil qazanıb.
Xatırladaq ki, Nikita Simonov ötənilki Avropa çempionatında halqalarla hərəkətdə gümüş medal qazanmışdı.
Namiq HUN