Rusiya bu günədək 1,57 milyon hərbçi itirib

Rusiya bu günədək 1,57 milyon hərbçi itirib
21.10.2026 10:21 Dünya

Ukrayna Baş Qərargahı Rusiya ordusunun müharibənin 1701-ci gününə olan itkiləri barədə məlumat yayıb.

TodayPress TV xəbər verir ki,  məlumata görə, müharibə başlayandan bəri Rusiya 1 milyon 570 min 540 hərbçi itirib. Ukrayna tərəfi həmçinin Rusiya ordusuna məxsus 12 436 tankın, 25 586 zirehli döyüş maşınının və 51 403 artilleriya sisteminin sıradan çıxarıldığını bildirir.

Baş Qərargahın açıqlamasında Rusiyanın digər hərbi itkiləri də yer alıb. Ukrayna tərəfinin məlumatına əsasən, Rusiya 449 hərbi təyyarə, 356 helikopter, 573 392 pilotsuz uçuş aparatı, 5 138 qanadlı raket və 35 gəmi və kater itirib.

Bundan başqa, Rusiya ordusunun 1 716 hava hücumundan müdafiə sistemi, 2 228 reaktiv yaylım atəş sistemi, 165 278 avtomobil texnikası və 4 844 xüsusi təyinatlı avadanlığı itirdiyi qeyd olunub.

Qeyd edək ki, açıqlanan rəqəmlər Ukrayna Baş Qərargahının məlumatlarıdır və müstəqil mənbələr tərəfindən təsdiqlənmiş göstəricilər kimi təqdim edilmir.

Jalə Rövşən 

XƏBƏR LENTİ
21 OKTYABR 2026
Bütün Xəbərlər