İsrail İrana hücuma hazırlaşırmış, Tramp icazə verməyib

İsrail İrana hücuma hazırlaşırmış, Tramp icazə verməyib
21.10.2026 10:51 Dünya

Oktyabrın əvvəlində İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin hava qüvvələrinə İrana qarşı genişmiqyaslı hücumlara hazırlaşmaq əmrini verib.

TodayPress TV xəbər verir ki, bu barədə “Faynənşl Tayms” məlumat yayıb.

Nəşrin məlumatına görə, zərbələr oktyabrın 10-na nəzərdə tutulmuşdu və ordu əməliyyata başlamağa hazır idi:

“Lakin ABŞ Prezidenti Donald Tramp İsrailin bu təklifinə qarşı çıxıb. Tramp İsrail tərəfinə çatdırıb ki, Vaşinqton noyabrın 3-də keçiriləcək ABŞ Konqresinə aralıq seçkilərdən əvvəl gərginliyi artıra biləcək heç bir addım atmayacaq.

Bundan sonra Netanyahu İsrail Hərbi Hava Qüvvələrinə zərbələrə hazırlığı ləğv etməyi tapşırıb”.

TodayPress TV

XƏBƏR LENTİ
21 OKTYABR 2026
Bütün Xəbərlər