Rubio: Hindistanın daxili işlərinə qarışa bilmərik
ABŞ dövlət katibi Marko Rubio Hindistanda keçirilən etirazlarla bağlı suala cavabında Vaşinqtonun ölkənin daxili siyasi proseslərinə müdaxilə etməyəcəyini bildirib.
TodayPress TV xəbər verir ki, açıqlama "Clash Report"un "X" sosial şəbəkəsindəki paylaşımında yer alıb.
Belə ki, Hindistanda baş verən etirazlara münasibət bildirməsi istənilən Rubio məsələnin ölkənin daxili işi olduğunu vurğulayıb.
“Xeyr, bu, daxili siyasi məsələdir. Mən Hindistan siyasətinə qarışmayacağam. Bu, demokratiyadır. Burada seçkilər keçirilir”, - deyə Rubio bildirib.
Jalə Rövşən