Sərt toqquşma faciə ilə bitə bilərdi: Fiala zədələndi
İdman
14.02.2026 09:29
XXV Qış Olimpiya Oyunları çərçivəsində keçirilən Kanada – İsveçrə (5:1) matçında ciddi insident yaşanıb.
TodayPress TV xəbər verir ki, İsveçrə millisinin hücumçusu Kevin Fiala Kanada yığmasının forvardı Tom Uilsonla sərt toqquşmadan sonra buzu təkbaşına tərk edə bilməyib və xərəkdə aparılıb.
Hadisə A qrupunun qarşılaşması zamanı baş verib. Məlumata görə, Fiala zərbədən sonra uzun müddət hərəkətsiz vəziyyətdə qalıb və ayağını tərpədə bilməyib. Xərək meydana gətirilənə qədər o, buz üzərində uzanmış vəziyyətdə olub. Hokkeyçi buzdan çıxarılarkən Kanada millisinin bütün üzvləri də onu yola salmaq üçün meydana çıxıblar.
Qeyd edək ki, 29 yaşlı Kevin Fiala klub səviyyəsində NHL-də “Los-Anceles Kinqz”in heyətində çıxış edir. Onun NHL karyerasında 651 oyunda 488 (211 qol + 277 assist) xalı var. O, İsveçrə millisinin üzvü kimi üç dəfə dünya çempionatının gümüş medalını qazanıb və 2024-cü il mundialında turnirin ən yaxşı oyunçusu seçilib.
Namiq HUN
tag: Kevin Fiala,Kanada – İsveçrə,Olimpiya,Zədə,Todaypress.tv,
