Serbiyalı futbolçu “Fənərbağça”dan ayrılacaq

Serbiyalı futbolçu “Fənərbağça”dan ayrılacaq
26.05.2025 21:00 İdman

Hazırda karyerasını icarə əsasında “Fənərbağça”da davam etdirən və müqavilə ilə “Yuventus”a məxsus olan Filip Kostiçin gələcəyinə aydınlıq gəlib.

TodayPressTV xəbər verir ki, yarımmüdafiəçi “qoca sinyora”ya qayıdacaq.

Bu barədə Turin təmsilçisinin idman direktoru Kristian Ciuntoli açıqlama verib.

“Fənər” 32 yaşlı futbolçunu mövsümün əvvəlində A Seriyası klubundan icarəyə götürmüşdü.

Serbiyalı oyunçu “sarı-lacivərdlilər”in heyətində meydana çıxdığı 33 rəsmi matçda 2 qol, 8 məhsuldar ötürmə ilə yadda qalıb.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər