Serbiyada böyük sınaq: iki güləşçimiz Avropa qızılı üçün xalçaya çıxacaq

İdman

12.03.2026 09:35

Serbiyada təşkil olunan güləş üzrə U-23 Avropa çempionatı davam edir.

TodayPress TV xəbər verir ki, Zrenyanin şəhərində keçirilən turnirin dördüncü günündə Azərbaycanın daha üç qadın güləşçisi mübarizəyə qoşulacaq.

Nərgiz Səmədova (53 kq) 1/4 final mərhələsində litvalı Vestina Daniseviçyusla üz-üzə gələcək. Ruzanna Məmmədova (62 kq) və Zəhra Kərimzadə (72 kq) isə yarışa təsnifat mərhələsindən start verəcəklər.

Bu gün həmçinin Avropa çempionatının qalib və mükafatçılarının adına aydınlıq gələcək. Final görüşündə Gültəkin Şirinova (55 kq) macarıstanlı Gerda Terek ilə, Günay Qurbanova (59 kq) isə belaruslu Marta Hetmanava ilə qızıl medal uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, U-23 Avropa çempionatına martın 15-də yekun vurulacaq.

Namiq HUN

TodayPress TV

tag: Güləş,Azərbaycan,Serbiya,Medal,Todaypress.tv,