Sərbəst güləş millisi Avropa çempionu oldu

Sərbəst güləş millisi Avropa çempionu oldu
16.06.2025 09:23 İdman

Azərbaycanın sərbəst güləş millisi Şimali Makedoniyada keçirilən U-17 Avropa çempionatında komanda hesabında birinci yeri tutub. 

TodayPress TV xəbər verir ki, milimiz Skopye turnirində 3 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb. 

Nəticədə 151 xal toplayan millimiz növbəti dəfə Avropa çempionu olub.

İlk üçlüyü Ukrayna (144 xal) və Gürcüstan (116 xal) yığmaları təşkil edib lər.

Xatırladaq ki, qitə yarışının baş mükafatını komandamıza Rəvan Həsənzadə (48 kq), Ruslan Əlizadə (55 kq) və Səid Paşayev (92 kq) qazandırıb. Həsən Həsənov (60 kq) gümüş, Ramal Mirhüseynov (51 kq) və Hakim Tağıyev (110 kq) isə bürünc medala layiq görülüblər.

Namiq HUN

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər