Şahmatçılarımız dünya çempionatında
Bu gün Albaniyanın Durres şəhərində 14, 16 və 18 yaşadək qız və oğlanlar arasında dünya çempionatına start veriləcək.
TodayPress TV xəbər verir ki, 11 turdan ibarət turnirdə ümumulikdə 84 ölkədən 720 şahmatçı qələbə uğrunda mübarizə aparacaq.
Azərbaycanı Durres turnirində Rəvan Uğuzov, Nurtən Nuriyeva, Rüstəm Rüstəmov, Ayan Hüseynli, Paşam Əlizadə, Səadət Bəşirli, Lalə Hüseynova, Read Səmədov, Xaqan Əhməd təmsil edəcək.
Namiq HUN