Sabiq "Qarabağ"lı qol vurdu, "Sabah" uduzdu

Sabiq "Qarabağ"lı qol vurdu, "Sabah" uduzdu
02.07.2026 22:10 İdman

Avstriyanın Tirol bölgəsində təlim-məşq toplanışını davam etdirən "Sabah" klubu növbəti yoxlama oyununu keçirib.

TodayPress TV Oxu.Az-a istinadən xəbər verir ki, təmsilçimiz Ukraynanın "Polesye" komandası ilə qarşılaşıb və matç rəqibin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, "Qarabağ"dan yeni transfer olunan Leandro Andrade bu qarşılaşmada fərqlənməyi bacarıb: o, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xatırladaq ki, "Sabah" Avstriya toplanışı çərçivəsində keçirdiyi əvvəlki yoxlama matçlarında Rumıniyanın "Universitatya Krayova" və Macarıstanın "Ferentsvaroş" klubları ilə eyni hesabla - 1:1 bərabərə qalıb.

XƏBƏR LENTİ
02 IYUL 2026
Bütün Xəbərlər