“Sabah”ın AL-dəki potensial rəqiblərini tanıdı
Azərbaycan Kuboku turnirinin qalib olan “Sabah” futbol klubu tarixində ilk dəfə UEFA Avropa Liqasında iştirak edəcək.
TodayPress TV xəbər verir ki, Bakı təmsilçisinin turnirin birinci təsnifat mərhələsindəki potensial rəqibləri məlum olub.
“Sabah” bu mərhələdə “Şaxtyor” (Donetsk, Ukrayna), “Legiya” (Polşa), “Partizan” (Serbiya), “Şerif” (Tiraspol, Moldova), ÇFR (Kluj, Rumıniya), “Hapoel” (Byer-Şeva, İsrail), “Çelye” (Sloveniya) və “Spartak” (Trnava, Slovakiya) komandalarından biri ilə qarşılaşacaq.
Avropa Liqasının birinci təsnifat mərhələsinin püşkü iyunun 17-də atılacaq.
Namiq HUN