“Sabah” Türkiyə klubunda məşqçi istefasına səbəb oldu!
“Trabzonspor” basketbol komandası FIBA Çempionlar Liqasının müntəzəm mövsümündə “Sabah”a məğlubiyyətdən sonra baş məşqçisi Selçuk Ernakla yollarını ayırıb.
TodayPress TV “Haber Global”a istinadən xəbər verir ki, türkiyəli mütəxəssis tutduğu vəzifədən uzaqlaşdırılıb.
Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən qarşılaşmada “Sabah” rəqibini 91:72 hesabı ilə məğlub edib.
Namiq HUN