"Sabah" Premyer Liqanın XXVII turunda xal itirdi

İdman

11.04.2026 20:10

Premyer Liqanın XXVII turunda lider "Sabah" "Zirə" ilə qarşılaşıb.

TodayPress TV xəbər verir ki, "Bank Respublika Arena"da baş tutan matç 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

"Bayquşlar"ın heyətində Coy-Lens Mikels (16) və İqor Noqeyra (51) fərqləniblər.

Qonaq komandada isə Ruan Renato (32-p) və Eren Aydın (40) diqqət mərkəzinə düşüblər.

Turnir cədvəlinə 66 xalla "Sabah" başçılıq edir. 44 xalı olan "Zirə" isə dördüncüdür.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Karvan-Yevlax" "Kəpəz"i məğlub (4:1) edib. "Şamaxı" - "Qarabağ" matçında isə hesab açılmayıb.

TodayPress TV

tag: Premyer Liqa, Sabah, Zirə,Coy-Lens Mikels , todaypress.tv,