“Sabah” klubu iki futbolçu ilə müqaviləni ləğv edib
İdman
13.02.2026 13:16
“Sabah” klubu iki futbolçu ilə yollarını ayırıb.
TodayPress TV futbolinfo.az-a istinadən xəbər verir ki, paytaxt təmsilçisi qapıçı Rüstəm Samiqull və yarımmüdafiəçi Camal Cəfərovla müqaviləyə vaxtından əvvəl xitam verib.
Tərəflər arasında qarşılıqlı razılıq əsasında, müqavilələrinin başa çatmasına 6 ay qalmış ayrılıq qərarı qəbul olunub və futbolçuların yeni klub tapmasına şərait yaradılıb.
Camal Cəfərov “Sabah” akademiyasının yetirməsidir və 2021-ci ildən əsas komandada çıxış edirdi. Daha əvvəl “Kəpəz” klubuna icarəyə verilən yarımmüdafiəçinin yenidən Gəncə təmsilçisinə qayıtmaq ehtimalı var.
Rüstəm Samiqull isə 2020-ci ildə “Səbail”dən “Sabah”a transfer olunmuşdu. Əsas heyətdə möhkəmlənə bilməyən qapıçı ötən mövsümü icarə əsasında “Neftçi”də keçirib. Onun karyerasını Birinci Liqa təmsilçisi “Cəbrayıl” klubunda davam etdirəcəyi bildirilir.
Namiq HUN
tag: Sabah,Futbol,Klub,Qərar,Todaypress.tv,
