"Roma" yeni baş məşqçi ilə razılığa gəldi

"Roma" yeni baş məşqçi ilə razılığa gəldi
31.05.2025 05:57 İdman

İtaliya təmsilçisi "Roma" baş məşqçi Can Pyero Qasperini ilə razılığa gəlib.

TodayPress TV xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.

Hazırda "Atalanta"nı çalışdıran mütəxəssisin Romanın eyni adlı klubu ilə 3 illik müqavilə bağlaması gözlənilir.

Keçid baş tutarsa, 67 yaşlı baş məşqçi 9 ildən sonra"Atalanta"nı tərk etmiş olacaq.

Qeyd edək ki, Berqamo kollektivi Can Pyero Qasperininin rəhbərliyi altında 2023/2024 mövsümündə UEFA Avropa Liqasının qalibi olub.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər