Region Liqası: "Xankəndi" çempion oldu

Region Liqası: "Xankəndi" çempion oldu
22.05.2025 22:40 İdman

Bu gün Region Liqasının final oyunu keçirilib.

TodayPress TV xəbər verir ki, həlledici görüşdə "Xankəndi" ilə "Şirvan" üz-üzə gəliblər.

Qəbələ şəhər stadionunda baş tutan həlledici oyun "Xankəndi"nin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandanın qollarını Bayram Əliyev, Hüseyn Axundov və Elariz Xəlilli vurublar.

Qeyd edək ki, Region Liqasının qalibi növbəti mövsümdə Azərbaycan II Liqasında oynamaq hüququ əldə edib. Məğlub olan "Şirvan" futbolçuları isə II Liqanı 13-cü sırada tamamlayan "Lerik" ilə pley-off matçına çıxacaq.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər