“Real” Trent Aleksander-Arnoldu heyətinə qatdı
“Real Madrid” klubu İngiltərə millisinin və “Liverpul”un yetirməsi Trent Aleksander-Arnoldun transferini rəsmən açıqlayıb.
TodayPress TV xəbər verir ki, müdafiəçi ilə 2031-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulan uzunmüddətli müqavilə imzalanıb.
Trent 2016-cı ildən “Liverpul”un əsas komandasında çıxış edirdi. O, mersisaydlılarla birlikdə İngiltərə çempionatını iki dəfə qazanıb, ölkə kuboklarının hamısına sahib çıxıb, Klublararası Dünya Çempionatının və UEFA Çempionlar Liqasının qalibi olub.
Namiq HUN