“Real” Gyökereşdən imtina etdi
Xabi Alonso “Real Madrid” klubunun rəhbərliyindən rəqibin cərimə meydançasında uğurlu olmaqla yanaşı, komandada ikinci dərəcəli rol oynamağa razı bir futbolçu tapmağı xahiş edib.
TodayPress TV “The Athletic”ə istinadən xəbər verir ki, isveçli futbolçu Viktor Gyökereş “kral klubu”nun ötən yay komandadan ayrılan Xoseluya oxşar oyun profilinə uyğun gəlsə də, madridlilərdən dəstək almayıb.
“Real” yüksək transfer haqqına görə “Sportinq” klubunun hücumçusundan imtina edib.
Namiq HUN