“Real” ÇL-də “Siti” ilə oyuna əsas hücumçusuz çıxacaq

“Real” ÇL-də “Siti” ilə oyuna əsas hücumçusuz çıxacaq
09.12.2025 16:09 İdman

Madrid “Real”ının futbolçusu Kilian Mbappe ayağındakı problemlərə görə Çempionlar Liqasının (ÇL) Liqa mərhələsinin “Mançester Siti” ilə keçiriləcək oyununda komandasına kömək edə bilməyəcək. 

TodayPress TV xəbər verir ki, bu barədə jurnalist Xavi Erraes məlumat yayıb.

Daha əvvəl İspaniya mətbuatında yer alan xəbərlərdə “Mançester Siti” ilə oyun nəticəsinin “Real”ın baş məşqçisi Xabi Alonsonun gələcəyi üçün həlledici ola biləcəyi bildirilib.

Qeyd edək ki, fransalı referi Kleman Türpenin idarə edəcəyi “Real” - “Mançester Siti” matçı dekabrın 10-da Madridin “Santyaqo Bernabeu” stadionunda keçiriləcək. 

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər