“Rakuv”un ulduzu möhtəşəm oyunu ilə hər kəsi heyran etdi!

“Rakuv”un ulduzu möhtəşəm oyunu ilə hər kəsi heyran etdi!
10.11.2026 14:19 İdman

Polşanın “Rakuv” klubunun hücumçusu Mahir Emreli göstərdiyi oyunla diqqət mərkəzinə düşüb.

TodayPress TV “İdman.Biz”ə istinadən xəbər verir ki, Ekstraklasanın XIV turunda “Legiya”ya qarşı səfər matçında (4:2) məhsuldar ötürmə ilə yadda qalan forvard həftənin simvolik heyətinə daxil edilib.

Qeyd edək ki, Mahir Emreli 2028-ci il iyunun 30-na qədər Almaniyanın “Kayzerslautern” klubuna məxsusdur. Polşa təmsilçisi Mahiri əldən buraxmaq istəmir. “Rakuv” onunla rəsmi müqavilə imzalamağı planlaşdırır. Ancaq bu məsələdə həm onun, həm də məxsus olduğu klubun qəti mövqeyi hələ ki bəlli deyil.

Mahir futbolçu karyerasında “Qarabağ”, “Legiya”, “Dinamo” (Zaqreb), “Konyaspor” və “Nürnberq” klublarında çıxış edib.

Namiq HUN

XƏBƏR LENTİ
20 NOYABR 2026
Bütün Xəbərlər