Qırmızı vərəqələr, gərgin sonluq və “Qarabağ”ın qələbəsi

İdman

14.02.2026 16:48

Futbol üzrə Azərbaycan Premyer Liqasında XX turun oyunlarına start verilib. 

TodayPress TV-nin məlumatına görə, günün ilk qarşılaşmasında “İmişli” Quba Olimpiya İdman Kompleksinin stadionunda “Qarabağ”ı qəbul edib.

Görüşün ilk hissəsi qolsuz bərabərliklə başa çatıb. Cavid Cəlilovun idarə etdiyi matçın 74-cü dəqiqəsində “Qarabağ”ın futbolçusu Kadi Borges qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb və Ağdam təmsilçisi oyunun qalan hissəsini azlıqda davam etdirib.

Buna baxmayaraq, “Qarabağ” 80-ci dəqiqədə hesabı açmağa nail olub. Musa Qurbanlının vurduğu qol qonaqları önə keçirib - 0:1. 

“İmişli”nin son dəqiqələrdə bərabərlik üçün cəhdləri nəticə verməyib. 84-cü dəqiqədə Dos Santosun da qırmızı vərəqə alması ilə meydandakı qüvvələr bərabərləşib.

Qarşılaşma “Qarabağ”ın minimal hesablı qələbəsi ilə yekunlaşıb. Bu nəticədən sonra turnir cədvəlinin ikinci pilləsində qərarlaşan “Qarabağ” klubu xallarının sayını 45-ə çatdırıb. “İmişli” isə 19 xalla doqquzuncu yerdə qalıb.

Namiq HUN

TodayPress TV

tag: Qarabağ,Premyer Liqa,XX tur,Qələbə,Todaypress.tv,