Qırmızı vərəqə ləğv edildi – Tramp FİFA-ya təşəkkür etdi

Qırmızı vərəqə ləğv edildi – Tramp FİFA-ya təşəkkür etdi
06.07.2026 01:22 İdman

FİFA ABŞ millisinin hücumçusu Floarin Baloqanın cəzasını müvəqqəti dayandırıb.

TodayPress TV xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb.

Məlumata görə, ABŞ millisinin hücumçusu Floarin Baloqan dünya çempionatının 1/16 finalında Bosniya və Herseqovina ilə oyunda aldığı qırmızı vərəqəyə görə cəzalandırılsa da, FİFA bu cəzanın qüvvəsini müvəqqəti dayandırıb.

Beləliklə, ABŞ yığmasının ən məhsuldar bombardiri 1/8 final mərhələsində Belçikaya qarşı keçiriləcək oyunda komandasına kömək edə biləcək.

ABŞ Prezidenti Donald Tramp isə qərara görə FİFA-ya təşəkkür edib.

Kübra Musayeva

XƏBƏR LENTİ
06 IYUL 2026
Bütün Xəbərlər