“Qartallar” Pedro ilə müqaviləni uzatdı
“Latsio” klubu 37 yaşlı ispaniyalı hücumçu Pedro Rodrigeslə yeni müqavilə imzaladığını açıqlayıb.
TodayPress TV klubun rəsmi saytına istinadən xəbər verir ki, forvardla yeni sözləşmə 2026-cı il iyunun 30-dək qüvvədə olacaq.
“Müqavilənin uzadılması ardıcıllıq və reallıq prinsiplərinə əsaslanır. Pedronun təcrübəsi və etibarlılığı növbəti mövsümə inamla başlamaq üçün vacib resurs olacaq”.
Qeyd edək ki, Pedro Rodriges 2021-ci ilin yayından “Latsio”nun formasını geyinir. O, daha əvvəl “Roma”, “Çelsi” və “Barselona” klublarında çıxış edib. Pedro “Barselona” ilə 5 dəfə İspaniya çempionluğunu bayram edib, 3 dəfə isə UEFA Çempionlar Liqasını qazanıb.
Namiq HUN