“Qarabağ”ın yeni transferi bəlli oldu

“Qarabağ”ın yeni transferi bəlli oldu
03.07.2026 19:26 İdman

2026/27 mövsümünün transfer çalışmalarını davam etdirən “Qarabağ” növbəti futbolçu keçidini gerçəkləşdirib.

TodayPress TV xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin Mətbuat xidməti məlumat yayıb.

Macarıstanın “Zalaeqerseq” klubu ilə danışıqlar uğurla yekunlaşıb və Bense Varkonyi “köhlən atlar”a transfer olunub. Oyunçu ilə 3 illik müqavilə imzalanıb.

Xatırladaq ki, Bense Varkonyi 2024-cü ildən “Zalaeqerseq”də çıxış edib. Daha əvvəl Jali Muaddib, Zakaria Savo, Samuel Lobato, Bruno Lanqa, Martin Zlomisliç və Renaldo Sefas “Qarabağ”a qoşulub.

XƏBƏR LENTİ
03 IYUL 2026
Bütün Xəbərlər