“Qarabağ”ın liderlərindən biri komandanı tərk edir
“Qarabağ”ın futbolçusu Abdullah Zubir yay transfer pəncərəsində komandadan ayrılmağa yaxındır.
TodayPress TV “L’Equipe” nəşrinə istinadən xəbər verir ki, vinger karyerasını Qətərin “Al-Şahaniya” klubunda davam etdirməyə hazırlaşır. Tərəflər artıq müqavilə şərtlərini razılaşdırıblar.
34 yaşlı futbolçunun “Qarabağ”la müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.
Qeyd edək ki, Mərakeş əsilli fransalı yarımmüdafiəçi Ağdam təmsilçisinin heyətində keçirdiyi 355 oyunda 77 qol vurub və 94 məhsuldar ötürmə ilə yadda qalıb.
Namiq HUN