"Qalatasaray" növbəti qələbəsini qazandı

"Qalatasaray" növbəti qələbəsini qazandı
14.02.2026 02:00 İdman

Türkiyə Superliqasının XXII turunda "Qalatasaray" "Eyüpsor"u məğlub edib.

TodayPress TV xəbər verir ki, "Rams Park"da baş tutan matç ev sahiblərinin 5:1 hesablı qələbəsi ilə bitib.

"Sarı-qırmızılar"ın qollarını Yunus Akgün (2), Mauro İkardi (33, 48, 70) və Jerom Onqyuene (87-avtoqol) vurublar. Qonaqların heyətində isə Metehan Altunbas (71) fərqlənib.

Qeyd edək ki, "Qalatasaray" 55 xalla turnir cədvəlinə başçılıq edir. İkinci pillədə qərarlaşan "Fənərbağça"nın 49 xalı var.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər