Qadın güləşçimiz Avropa çempionatında finala yüksəldi
Azərbaycan güləşçisi Gültəkin Şirinova (55 kq) Serbiyanın Zrenyanin şəhərində şəhərində davam edən güləş üzrə U-23 Avropa çempionatında finala vəsiqə qazanıb.
TodayPress TV xəbər verir ki, güləşçi moldovalı rəqibi Mihaela Samoil ilə üz-üzə gəlib.
Rəqibini 7:3 hesabı ilə məğlub edən G.Şirinova finala vəsiqəni təmin edib.