Pul onu döyüşə qaytara bilmədi: Həbib təklifi rədd etdi!

Pul onu döyüşə qaytara bilmədi: Həbib təklifi rədd etdi!
19.11.2026 08:14 İdman

Keçmiş UFC çempionu, məğlubedilməz rusiyalı döyüşçü Həbib Nurməhəmmədov oktaqona qayıtmaq üçün aldığı 200 milyon dollarlıq təklifi qəbul etməyib.

TodayPress TV “Championship Rounds”a istinadən xəbər verir ki, bloqer, promouter və boksçu Ceyk Pol rusiyalı idmançıya böyük məbləğ qarşılığında döyüşlərə qayıtmağı təklif edib.

Söhbət zamanı Pol Həbibdən nə vaxt idmana qayıdacağını soruşub və bunun müqabilində ona 200 milyon dollar təklif edib.

Nurməhəmmədov isə belə bir qayıdışın mənasını görmədiyini bildirib. O, sübut etməli olduğu heç nəyin qalmadığını və pulun onun üçün motivasiya olmadığını vurğulayıb.

“Niyə geri qayıtmalıyam? Mənim sübut etməli olduğum heç nə yoxdur. Rəqib yoxdur, yalnız pul var. Bu isə mənim üçün motivasiya deyil”, – deyə Həbib bildirib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
19 NOYABR 2026
Bütün Xəbərlər