Premyer Liqada turun açılış matçı Yevlaxda keçiriləcək
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVII tura bu gün start veriləcək.
TodayPress TV xəbər verir ki, ilk oyun günündə çempionatın autsayderi "Karvan-Yevlax" doğma meydanda "Kəpəz" komandasını qəbul edəcək.
Görüş Nicat İsmayıllı tərəfindən idarə olunacaq və saat 15:30-da Yevlax şəhər stadionunda start götürəcək.
Xatırladaq ki, turun digər qarşılaşmaları növbəti günlərdə keçiriləcək və XXVII tura aprelin 12-də yekun vurulacaq.
Namiq HUN