Premyer Liqa oyunundakı insidentə görə cəzalar açıqlandı
İdman
11.03.2026 14:41
AFFA “Sabah” klubunun məşqçisini qeyri-etik jestə, “Qarabağ”ın məşqçilərini isə kütləvi davada iştiraka görə cəzalandırıb.
TodayPress TV xəbər verir ki, bununla bağlı qərarı AFFA İntizam Komitəsi verib.
“Sabah”ın məşqçisi Valerio Zuddas Premyer Liqanın XXII turunda “Qarabağ”a qarşı keçirilən oyunda rəqib komandanın ehtiyat oyunçular skamyasına qeyri-etik jest etdiyinə görə 7 oyunluq cəza alıb. Bundan əlavə, “Sabah” klubu 15 min manat məbləğində cərimələnib.
“Qarabağ”ın məşqçiləri Müşfiq Hüseynov və Zaur Tağızadə isə həmin qarşılaşmada baş verən kütləvi davada iştirak etdiklərinə görə 6 oyunluq diskvalifikasiya olunublar. “Köhlən atlar” hər iki məşqçiyə görə ümumilikdə 12 min manat cərimə ödəyəcək.
Namiq HUN
tag: Qarabağ,Sabah,İnsident,Cəza,Todaypress.tv,
