Premyer Liqa: "Neftçi" qalib gəldi

Premyer Liqa: "Neftçi" qalib gəldi
11.04.2026 22:30 İdman

Avrokuboklara iddialı olan "Neftçi" Misli Premyer Liqasının XXVII turunda "Araz-Naxçıvan"a qalib gəlib.

TodayPress TV xəbər verir ki, "Palms Sports Arena"da baş tutan matç ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

"Ağ-qaralar"ın heyətində İmad Faraj (32) və Breno Almeyda (57) fərqləniblər.

Qonaq komandada isə Slavik Alxasov (65) dəqiq zərbə müəllifi olub.

Avrokubok zonasındakı əsas rəqibi "Zirə"nin xal itirməsindən (44 xal) yararlanan "Neftçi" 43 xalla beşincidir. "Araz-Naxçıvan" isə 39 xalla altıncı sırada yer alıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Karvan-Yevlax" "Kəpəz"i (4:1) məğlub edib. "Şamaxı" - "Qarabağ" (0:0) və "Sabah" - "Zirə" (2:2) matçlarında isə qalib müəyyənləşməyib

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər